Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yellen: ABŞ iqtisadiyyatını tənəzzüldən yayına bilib...

Maliyyə naziri Canet Yellen ABŞ iqtisadiyyatının “yumşaq enişinə” əmin olduğunu bildirib...

ABŞ-ın maliyyə naziri Canet Yellen Birləşmiş Ştatların əmək bazarına və digər sahələrə böyük zərər vurmadan iqtisadiyyatın “yumşaq enişinə”, yəni inflyasiyanın ləngiməsinə nail olacağına əminliyini ifadə edib.

Poliqon xəbər verir ki, ABŞ-ın maliyyə naziri bu barədə Bloomberg Agentliyinə müsahibəsində bildirib. Yellen qeyd edib ki, “inflyasiyanın hər bir göstəricisi yavaşlamağa işarə edir”. O, həmçinin vurğulayıb ki, ABŞ-da avqust ayında qeydə alınan işsizliyin artması işçilərin ixtisar dalğası ilə bağlı deyil.

Qeyd edilir ki, ABŞ-da işsizlik iyulda 3.5% olduğu kalda, keçən ay 3.8%-ə yüksəlib və bu 2020-ci ilin fevralından bəri ən yüksək səviyyəyə olub.

İnflyasiyanın qarşısını almaq üçün görülən tədbirlərə baxmayaraq, ABŞ iqtisadiyyatının tənəzzüldən qaça biləcəyinə inanıb-inanmadığı sualına Yellen əminliklə tənəzzülün duracağını bildirib.

“Düşünürəm ki, biz artıq tənəzzüldən çıxan bir yoldayıq”, deyə ABŞ-ın maliyyə naziri bildirib.

Çindəki vəziyyətlə bağlı sualları cavablandıran Yellen deyib ki, zərurət yaranarsa iqtisadiyyatı stimullaşdırmaq üçün Pekinin hələ də imkanları var.

“Düşünürəm ki, stimullaşmadan istifadə etmək məqsədəuyğun hesab edərlərsə, onların manevr etmək üçün kifayət qədər imkanları var. Məncə, indiyə qədər onlar pul siyasətində kifayət qədər kiçik düzəlişlər ediblər”, deyə Yellen vurğulayıb.

Offşorda yuanın ABŞ dollarına nisbətdə məzənnəsi ötən həftə rekord həddə düşdüyünü qeyd edən Yellen bildirib ki, bu, Pekini yuanın enişini cilovlamaq üçün tədbirlər görməyə vadar edib.

“Onlar istəyirlər ki, dünya, o cümlədən öz vətəndaşları Çin iqtisadiyyatına və maliyyə sisteminə inamı qoruyub saxlasınlar”.

Çinin BRİKS-in genişləndirilməsi ilə bağlı son təklifi ilə bağlı vəziyyəti şərh edən Yellen qeyd edib ki, bu birləşmə maraqları ciddi şəkildə ayrılan ölkələrin birləşməsini nəzərdə tutur.

Eyni zamanda, Yellen vurğulayıb ki, G20 qlobal əməkdaşlıq üçün “əsas forum” olaraq qalır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Ən çox oxunanalar